“Mançester Siti” futbol klubunun hücumçusu Serxio Aquero yol qəzasına düşüb

“Mançester Siti” futbol klubunun hücumçusu Serxio Aquero yol qəzasına düşüb Hadisə zamanı onun qabırğaları zədələnib
Futbol
29 Sentyabr , 2017 08:26
“Mançester Siti” futbol klubunun hücumçusu Serxio Aquero yol qəzasına düşüb
telegraf.com.ua

Bakı. 29 sentyabr. REPORT.AZ/ “Mançester Siti” futbol klubunun hücumçusu Serxio Aquero Hollandiyada yol-qəzasına düşüb.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, ulduz futbolçunu Amsterdam şəhərinin hava limanına aparan taksi avtomobili dirəyə çırpılıb.

Nəticədə S.Aquero xəsarət alıb. Onun qabırğalarının zədələndiyi bildirilir. Lakin zədələrin dərəcəsi barədə məlumat verilmir. 

“Mançester Siti” klubu insidentlə bağlı rəsmi açıqlama verməyib. 

Son xəbərlər

Orphus sistemi