"Mançester Siti" komandasının baş məşqçisi İspaniyada separatçıların siyahısına salınıb

"Mançester Siti" komandasının baş məşqçisi İspaniyada separatçıların siyahısına salınıb Səsvermədə iştirak edənlərin 90.18% bölgənin ispaniyadan müstəqil olmasını seçib
Futbol
22 Dekabr , 2017 02:12
Mançester Siti komandasının baş məşqçisi İspaniyada separatçıların siyahısına salınıb

Bakı. 22 dekabr. REPORT.AZ/ "Mançester Siti" futbol komandasının baş məşqçisi Xosep Qvardiola separatçılıqda ittiham olunur.

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, o, Kataloniyada referendumun keçirilməsinə kömək etdiyi üçün separatçılar siyahısına daxil edilib.

Siyahı İspaniya polisi tərəfindən tərtib edilib. 46 yaşlı mütəxəssis bu ilin 11 iyununda Kataloniyanın müstəqilliyi haqqında katalon xalqının referendum keçirmə haqqını dəstəkləyən manifesti oxuyub. İspaniya polisinin qənaətinə görə, bununla X. Qvardiola bölgənin müstəqillik tərəfdarlarının səfərbər olmasına təkan verib.

Qeyd edək ki, referendum 1 oktyabr 2017-ci ildə keçirilib. Səsvermənin nəticəsinə əsasən seçkilərdə iştirak edənlərin 90,18%-i bölgənin İspaniyadan ayrılaraq müstəqil olmasını seçib.

Son xəbərlər

Orphus sistemi