Yuxarı
    Bağlamaq

    ​"Mançester Siti" klubu Lionel Messi üçün 255 milyon avroluq təklif hazırlayıb

    Argentinalı futbolçuya həftəlik 640 min avro olmaqla illik təxminən 33 milyon avro təklif ediləcək

    Bakı. 29 dekabr. REPORT.AZ/ İngiltərənin "Mançester Siti" futbol klubu Lionel Messi üçün İspaniya "Barselona"sına 200 milyon funt dəyərində (255 milyon avro) təklif göndərməyə hazırlaşır. "Report"un "Daily Mail"ə istinadən verdiyi məlumata görə, "şəhərlilər" argentinalı hücumçuya həftəlik 640 min avro olmaqla illik təxminən 33 milyon avro təklif edəcək.

    Premyer Liqada forma geyinəcəyi təqdirdə, Messinin qazancı bununla bitməyəcək. 27 yaşlı qolçu hər oyun üçün bonus paketlər də alacaq.

    Qeyd edək ki, bir neçə ay əvvəl "Barselona"dan ayrıla biləcəyini deyən Lionel Messinin adı "Çelsi" ilə hallanmışdı. Lakin "Çelsi"nin baş məşqçisi Joze Mourinyo UEFA-nın maliyyə "fair-play" qaydalarına zidd olduğu üçün bu transferin baş tutmasının mümkünsüzlüyünü bildirmişdi.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi