Yuxarı
    Bağlamaq

    ​"Manchester City" ispaniyalı futbolçu transfer edib

    Nolito ilə 4 illik müqavilə imzalanıb

    Bakı. 1 iyul. REPORT.AZ/ İngiltərənin "Manchester Sity" klubu heyətini ispaniyalı futbolçu ilə gücləndirib. 

    "Report"un məlumatına görə, "şəhərlilər" İspaniya yığmasının üzvü Nolito adı ilə tanınan Manuel Aqudo Duranla 4 il müddətinə anlaşıb.

    Klub transfer məbləği ilə bağlı heç bir açıqlama verməyib. Ancaq İngiltərə mətbuatı keçid üçün "Selta"ya 13.8 milyon funt ödənildiyini iddia edir.

    Qeyd edək ki, Nolito karyerası ərzində "Barselona B", "Barselona", "Qranada" və Portuqaliyanın "Benfika" klublarında çıxış edib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi