Bakı. 1 iyul. REPORT.AZ/ İngiltərənin "Manchester Sity" klubu heyətini ispaniyalı futbolçu ilə gücləndirib.
"Report"un məlumatına görə, "şəhərlilər" İspaniya yığmasının üzvü Nolito adı ilə tanınan Manuel Aqudo Duranla 4 il müddətinə anlaşıb.
Klub transfer məbləği ilə bağlı heç bir açıqlama verməyib. Ancaq İngiltərə mətbuatı keçid üçün "Selta"ya 13.8 milyon funt ödənildiyini iddia edir.
Qeyd edək ki, Nolito karyerası ərzində "Barselona B", "Barselona", "Qranada" və Portuqaliyanın "Benfika" klublarında çıxış edib.