İngiltərə Kuboku: "Mançester Siti" "Vest Hem"i darmadağın edib - VİDEO

İngiltərə Kuboku: "Mançester Siti" "Vest Hem"i darmadağın edib - VİDEO Görüş 5:0 hesabı ilə başa çatıb
Futbol
7 Yanvar , 2017 03:59
İngiltərə Kuboku: Mançester Siti Vest Hemi darmadağın edib - VİDEO

Bakı. 7 yanvar. REPORT.AZ/ Futbol üzrə İngiltərə Kubokunun üçüncü raundunda (1/32 final) "Mançester Siti" Londonun "Vest Hem" klubunu 5:0 hesabı ilə darmadağın edib.

"Report" xəbər verir ki, qalib komandanın heyətində Yaya Ture (33-cü dəqiqə, penaldan), David Silva (43), Serxio Aquero (50) və Con Stounz (84) fərqlənib.

Oyunun 41-ci dəqiqəsində "Vest Hem"in yarımmüdafiəçisi Havard Nordtveyt avtoqola imza atıb.

Üçüncü raundun digər görüşləri 7-9 yanvar tarixlərində keçiriləcək. Final matçı mayın 27-də "Uembli" stadionunda baş tutacaq. Kubokun hazırkı qalibi "Mançester Yunayted"dir.

Son xəbərlər

Orphus sistemi