“Mançester Siti” futbolçusunun evindən külli miqdarda oğurluq edildi

“Mançester Siti” futbolçusunun evindən külli miqdarda oğurluq edildi Naməlum səxs və ya şəxslər Mançester Sitinin əlcəzairli yarımmüdafiəçisi Riyad Marezin evində külli miqdarda oğurluq ediblər.
Futbol
31 May , 2020 04:29
“Mançester Siti” futbolçusunun evindən külli miqdarda oğurluq edildi

Naməlum səxs və ya şəxslər "Mançester Siti"nin əlcəzairli yarımmüdafiəçisi Riyad Marezin evində külli miqdarda oğurluq ediblər.

Bu barədə "Report" "The Sun" nəşrinə istinadən xəbər verir.

Bildirilir ki, cinayətkarlar 29 yaşlı oyunçunun qol saatını, qızıl-zinət əşyalarını və Marezin kolleksiyasından köynəkləri aparıblar.

Ümumi ziyan yarım milyon funt sterlinq təşkil edib. Təkcə oğurlanmış "Richard Mille" markalı saatın qiyməti 230 min ABŞ dollarına bərabərdir.

Son xəbərlər

Orphus sistemi