"Mançester Siti" "Çelsi"yə qalib gələrək liderliyini möhkəmləndirib - VİDEO

"Mançester Siti" "Çelsi"yə qalib gələrək liderliyini möhkəmləndirib - VİDEO Oyunda yeganə topu 46-cı dəqiqədə Bernardu Silva vurub
Futbol
5 Mart , 2018 00:08
Mançester Siti Çelsiyə qalib gələrək liderliyini möhkəmləndirib - VİDEO

Bakı. 5 mart. REPORT.AZ/ "Mançester Siti" komandası İngiltərə Premyer Liqasında XXIX turun mərkəzi oyununda "Çelsi"yə qalib gəlib.

"Report"un məlumatına görə, yeganə topu 46-cı dəqiqədə Bernardu Silva vurub.

Bununla da "şəhərlilər" xallarını 78-ə çatdıraraq, liderliklərini möhkəmləndiriblər. Son 5 matçda 4-cü məğlubiyyətini alan "zadəganlar" isə 53 xalla 5-cidirlər.

Növbəti turda "Mançester Siti" səfərdə "Stok Siti" ilə, "Çelsi" isə evdə "Kristal Pelas"la üz-üzə gələcək.

Son xəbərlər

Orphus sistemi