Bakı. 4 fevral. REPORT.AZ/ "Mançester Siti" futbol üzrə İngiltərə çempionatının 25-ci turunun ev oyununda argentinalı hücumçu Serxio Aqueronun vurduğu 3 qol sayəsində London "Arsenal"ını məğlub edib.
“Report” xəbər verir ki, argentinalı futbolçu 1, 44 və 61-ci dəqiqələrdə fərqlənib.
Oyunda "Arsenal"ın yeganə qolunu 11-ci dəqiqədə Loran Kosyelni vurub.
"Mançester Siti" bu qələbə sayəsində xallarının sayını 59-a çatdırıb və hazırda turnir cədvəlində ikinci pilləni tutur. "Arsenal" 47 xalla 6-cı yerdədir.