“Mançester Siti” ardıcıl iki gündür Çinə uça bilmir

“Mançester Siti” ardıcıl iki gündür Çinə uça bilmir İngiltərənin “Mançester Siti” klubu ardıcıl iki gündür “Premier League Asia Trophy” turnirində iştirak üçün Çinə yollana bilmir.
Futbol
15 İyul , 2019 11:30
“Mançester Siti” ardıcıl iki gündür Çinə uça bilmir

İngiltərənin “Mançester Siti” klubu ardıcıl iki gündür “Premier League Asia Trophy” turnirində iştirak üçün Çinə yollana bilmir.

“Report” “Sky Sports”a istinadən xəbər verir ki, buna səbəb səfərin təşkilatçısı “Thomas Cook” şirkətinin əməkdaşlarının səhlənkarlığa yol vermələridir. Onlar iyulun 14-də çarter reysinin uçuş tarixi ilə bağlı səhv ediblər. Bir gün sonra isə hava məkanında yer sifariş etməyi unudublar.

“Şəhərlilər” bu gün Çinə yollanmağa ümid edirlər.

Qeyd edək ki, “Mançester Siti” iyulun 17-də turninir yarımfinalında “Vest Hem”lə qarşılaşacaq. Digər yarımfinal matçı “Nyukasl” və “Vulverhempton” komandaları arasında olacaq. İyulun 20-də final və 3-cü yer uğrunda görüşlər baş tutacaq. “Şəhərlilər” əlavə olaraq, iyulun 24-də Honkonqda yeri “Kitçi” kollektivi ilə üz-üzə gələcək.

Son xəbərlər

Orphus sistemi