"Mançester Siti" altıncı dəfə İngiltərə Liqa Kubokunun qalibi olub - VİDEO

"Mançester Siti" altıncı dəfə İngiltərə Liqa Kubokunun qalibi olub - VİDEO Bakı. 25 fevral. REPORT.AZ/ Futbol üzrə İngiltərə Liqa Kubokunda final oyunu keçirilib.
Futbol
25 Fevral , 2019 01:11
Mançester Siti altıncı dəfə İngiltərə Liqa Kubokunun qalibi olub - VİDEO

Bakı. 25 fevral. REPORT.AZ/ Futbol üzrə İngiltərə Liqa Kubokunda final oyunu keçirilib.

"Report"un məlumatına görə, həlledici görüşdə "Mançester Siti" və "Çelsi" komandaları üz-üzə gəlib.

Londondakı "Uembli" stadionunda təşkil olunmuş matçın əsas və əlavə vaxtında qol vurulmayıb. Həmin bölümdə "Çelsi"nin qapıçısı Kepa Arrisabalaqa zədələnib. Bu zaman baş məşqçi Mauritsio Sarri onu əvəzləmək istəyib. Lakin Kepa meydandan çıxmaq istəməyərək, Sarri ilə münaqişəyə girib. O, sonda istəyinə nail olub, italiyalı mütəxəssis isə əsəbiləşərək, tribunaaltı tunelə girib. Sonradan o, fikrini dəyişərək geri qayıdıb.

Penalti seriyasında isə "Mançester Siti" üstün olub - 4:3. Bununla da "şəhərlilər" tarixində 6-cı dəfə Liqa Kubokunu qazanıblar və bu göstəricidə ikinci yerə çıxıblar. Lider isə kuboku 8 dəfə əldə etmiş "Liverpul"dur.

Son xəbərlər

Orphus sistemi