Yuxarı

"Mançester Siti" 63 il ərzində ilk dəfə "Arsenal", "Çelsi" və "MY"nı səfərdə məğlub edib

"Mançester Siti" 63 il ərzində ilk dəfə "Arsenal", "Çelsi" və "MY"nı səfərdə məğlub edib
Şəhərlilər sonuncu dəfə belə bir nəticəyə 1954/55-ci illər mövsümündə nail olublar

Bakı. 2 mart. REPORT.AZ/ "Mançester Siti" futbol üzrə İngiltərə çempionatının 28-ci turunda səfərdə Londonun "Arsenal" klubunu məğlub edib.

“Report” xəbər verir ki, görüş qonaqların 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Matçda Bernardu Silva (15-ci dəqiqə), David Silva (28) və Leroy Sane (33) fərqlənib. "Arsenal"ın hücumçusu Pyer-Emerik Obameyanq 53-cü dəqiqədə rəqib qapısına təyin olunmuş 11 metrlik cərimə zərbəsini reallaşdıra bilməyib.

"Siti" bundan əvvəl səfər oyunlarında "Çelsi" və "Mançester Yunayted"i məğlub edib. Şəhərlilər sonuncu dəfə yüksək liqada belə bir nəticəyə 63 il əvvəl - 1954/55-ci illər mövsümündə nail olublar.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi