Yuxarı

"Mançester Siti" 2008-ci ildən bu yana ilk böyükhesablı məğlubiyyətini alıb - VİDEO

"Mançester Siti" 2008-ci ildən bu yana ilk böyükhesablı məğlubiyyətini alıb - VİDEO
Şəhərlilər ölkə çempionatında Evertona məğlub olublar

Bakı. 15 yanvar. REPORT.AZ/ "Everton" futbol üzrə İngiltərə çempionatının 21-ci turu çərçivəsində doğma meydanda "Mançester Siti"ni 4:0 hesabı ilə darmadağın edib.

"Report" xəbər verir ki, qolları Romelu Lukaku (34), Kevin Miralyas (47), Tom Devis (79) və Ademola Lukman (94) vurub.

"Mançester Siti" milli birincilikdə sonuncu dəfə 4 və daha çox top fərqi ilə 11 may 2008-ci il tarixində uduzub. Həmin vaxt "Midlsbro" "şəhərlilər"i 8:1 hesabı ilə məğlub edib.

Hazırda "Mançester Siti" 42 xalla turnir cədvəlində 5-ci yerdə qərarlaşıb. "Everton" aktivində 33 xalla 7-ci yerdədir.

Yanvarın 21-də keçiriləcək növbəti turda Hosep Qvardiolanın yetirmələri evdə Londonun "Tottenhem" komandası, "Everton" isə həmin gün səfərdə "Kristal Pelas" klubu ilə qarşılaşacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi