"Mançester", "Bayer", "Astana" və “BATE” də Çempionlar Liqasının qrup mərhələsində - FOTO

"Mançester", "Bayer", "Astana" və “BATE” də Çempionlar Liqasının qrup mərhələsində - FOTO Runinin xet-triki "Mançester"ə qələbə gətirdi
Futbol
27 Avqust , 2015 02:18
Mançester, Bayer, Astana və “BATE” də Çempionlar Liqasının qrup mərhələsində - FOTO

Bakı. 27 avqust. REPORT.AZ/ Çempionlar Liqasında pley-off mərhələsinə yekun vurulub. "Reeport" xəbər verir ki, baş tutan son dörd qarşılaşma ilə qrupda mübarizə aparacaq klubların tam siyahısı dəqiqləşib.

Qazaxıstanın “Astana” kollektivi tarixində ilk dəfə qitənin ən nüfuzlu klub turnirinin qrup mərhələsində oynamaq şansı qazanıb. Qazaxlar Kiprin APOEL klubu ilə keçirilən cavab qarşılaşmasında 1:1 hesablı bərabərliyə razılaşıblar. İlk oyunda əldə edilən minimal hesablı qələbə “Astana” klubuna turnirdə mübarizəni davam etdirmək imkanı yaradıb.

Səfərdə Belçikanın “Brügge” klubuna 4:0 hesabı ilə qalib gələn İngiltərənin “Mançester Yunayted” kollektivi qrup mərhələsinə vəsiqəni təmin edib.

Günün maraqla gözlənilən oyununda Almaniyanın “Bayer” kollektivi doğma azarkeşləri qarşısında İtaliyanın “Latsio” klubunu 3:0 məğlub edərək növbəti mərhələyə yüksəlib.

Səfərdə Serbiyanın “Partizan” kollektivinə 2:1 məğlub olmasına Belarusun BATE klubu iki oyunun nəticəsinə görə qrup mərhələsinə vəsiqəni təmin edib. 

Son xəbərlər

Orphus sistemi