Maltanın futbol klubu Useyn Bolta 2 illik müqavilə təklif edib

Maltanın futbol klubu Useyn Bolta 2 illik müqavilə təklif edib Bakı. 16 oktyabr. REPORT.AZ/ Maltanın “Valletta” futbol klubu sabiq sprinter Useyn Bolta 2 illik müqavilə təklif edib.
Futbol
16 Oktyabr , 2018 11:01
Maltanın futbol klubu Useyn Bolta 2 illik müqavilə təklif edib

Bakı. 16 oktyabr. REPORT.AZ/ Maltanın “Valletta” futbol klubu sabiq sprinter Useyn Bolta 2 illik müqavilə təklif edib.

“Report” xəbər verir ki, bu barədə klubun baş direktoru Qasston Slimen ESPN telekanalına bildirib. Onun sözlərinə görə, “Valletta” 32 yaşlı idmançının keçidini dekabrın 13-də “Baltsan”la nəzərdə tutulan Malta Super Kuboku uğrunda oyuna qədər həll etməyi planlaşdırır.

Qeyd edək ki, atletika üzrə 8 qat olimpiya çempionu olan Useyn Bolt bu ilin avqustunda Avstraliyanın “Sentral Kost Mariners” klubunda debüt edib və 4 gün öncə yoldaşlıq matçında futbolçu karyerasında ilk qollarını vurub. O, hələ hazırkı klubu ilə peşəkar müqavilə bağlamayıb. 

Son xəbərlər

Orphus sistemi