Malta ilə oyunda zədələnən Azərbaycan yığmasının futbolçusu uzun müddətə sıradan çıxıb

Malta ilə oyunda zədələnən Azərbaycan yığmasının futbolçusu uzun müddətə sıradan çıxıb Namiq Ələsgərov: "Səbrlə dözüb sağalmaq üçün çalışmalıyam"
Futbol
29 Mart , 2015 17:15
Malta ilə oyunda zədələnən Azərbaycan yığmasının futbolçusu uzun müddətə sıradan çıxıb

Bakı. 29 mart. REPORT.AZ/ Azərbaycan milli komandasının və "Qarabağ" klubunun futbolçusu Namiq Ələsgərov növbəti mövsümün əvvəlinədək sıradan çıxıb. 

"Report"un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, buna 19 yaşlı yarımmüdafiəçinin Malta yığması ilə AVRO-2016-nın seçmə qrup matçında aldığı zədə səbəb olub. 

N.Ələsgərov matçın 22-ci dəqiqəsində rəqib futbolçu ilə mübarizədə xəsarət alaraq, meydanı vaxtından əvvəl tərk etməli olub. Bu gün aparılan MR müayinəsindən sonra onun zədəsinin ciddi olduğu məlum olub. Futbolçunun ön çarpaz bağları sıradan çıxıb. Belədə Ələsgərovun 5-6 ay müddətində yaşıl meydanlardan uzaq qalacağı məlum olub. 

Gənc oyunçu "Qarabağ"ın rəsmi saytına açıqlamasında əməliyyata ehtiyacının olduğunu bildirib: "Nə deyə bilərəm? Təbii ki, heç bir futbolçu zədələnmək istəməz. Amma bu oyunda zədələr qaçılmazdır. İndi əməliyyat lazımdır. Səbrlə dözüb sağalmaq üçün çalışmalıyam. Ağır zədədir, amma edə biləcəyimiz bir şey yoxdur".

Qeyd edək ki, Namiq Ələsgərov "Qarabağ"a 2014-cü ilin yayında "Bakı"dan transfer olunub. 

Son xəbərlər

Orphus sistemi