Malta yığmasının hücumçusu: "Gürcüstanla oyun bizim üçün yaxşı sınaq oldu"

Malta yığmasının hücumçusu: "Gürcüstanla oyun bizim üçün yaxşı sınaq oldu" "Meydana nəticə qazanmaq üçün çıxacağıq"
Futbol
27 Mart , 2015 12:09
Malta yığmasının hücumçusu: Gürcüstanla oyun bizim üçün yaxşı sınaq oldu

Bakı. 27 mart. REPORT.AZ/ "Komandada müsbət enerji və əhval-ruhiyyə var. Gürcüstanla oyun bizim üçün yaxşı sınaq oldu. Meydana nəticə qazanmaq üçün çıxacağıq və ümid edirik ki, qələbə qazanacağıq". "Report"un məlumatına görə, bunu Bakıda keçirilən mətbuat konfransında Malta yığmasının hücumçusu Jan Pol Farruqia deyib.

Sabah AVRO-2016-nın seçmə mərhələsində Azərbaycanla qarşılaşacaq Maltanın hücumçusu Gürcüstanla keçirilən yoldaşlıq oyunundan da söz açıb: "Əsas məqsədimiz o idi ki, biz ehtiyatı yoxlayaq və hazırlaşaq. Bu oyunda xal yox idi, ona görə rahat oynayırdıq. İndi isə qələbə qazanmaq istəyirik".

Qeyd edək ki, Azərbaycan - Malta matçı martın 28-də saat 21:00-da başlayacaq.

Son xəbərlər

Orphus sistemi