Malta yığmasının baş məşqçisi Azərbaycan və Ermənistan millilərini müqayisə edib

Malta yığmasının baş məşqçisi Azərbaycan və Ermənistan millilərini müqayisə edib Bakı. 29 may. REPORT.AZ/ “Ermənistan və Gürcüstan yığmaları Millətlər Liqasında bizimlə eyni qrupda yer alan Azərbaycan, Kosovo və Farer adaları komandalarına çox bənzəyirlər. Xüsusən də Ermənistan və Kosovo kollektivləri oxşardır”.
Futbol
29 May , 2018 11:54
Malta yığmasının baş məşqçisi Azərbaycan və Ermənistan millilərini müqayisə edib
0 : 00
0 : 00

Bakı. 29 may. REPORT.AZ/ “Ermənistan və Gürcüstan yığmaları Millətlər Liqasında bizimlə eyni qrupda yer alan Azərbaycan, Kosovo və Farer adaları komandalarına çox bənzəyirlər. Xüsusən də Ermənistan və Kosovo kollektivləri oxşardır”.

“Report” xəbər verir ki, bunu UEFA Millətlər Liqasında Azərbaycanla yeni qrupda yer alan Malta yığmasının baş məşqçisi Rey Farruciya mayın 29-da Ermənistan, iyulun 1-də isə Gürcüstana qarşı keçirəcəkləri yoldaşlıq görüşləri barədə danışarkən deyib.

63 yaşlı mütəxəssis yoldaşlıq oyunlarının Millətlər Liqasına hazırlıq baxımından çox önəmli olduğunu söyləyib. “Bütün futbolçular, xüsusən də gənclər faydalı təcrübə qazanacaqlar. Hər kəsin yaxşı formada olduğu görünür. Hərçənd, Andre Şembri, Byorn Kristensen, Zak Muskat, Jan Pol Farruciya və Yohann Betsina zədə üzündən düşərgəni tərk etməli oldular. Əlbəttə, çətinliklərimiz var. Lakin biz onları həll etmək üçün buradayıq. Bu, tədricən və çətin proses olacaq. Hər kəsin dəstəyi lazımdır. Hesab edirəm ki, düzgün istiqamətdə hərəkət edirik”.

Qeyd edək ki, Azərbaycan millisi Millətlər Liqasında Malta yığması bu il sentyabrın 10-da səfərdə, oktyabrın 14-də isə evdə qarşılaşacaq.

Son xəbərlər

Orphus sistemi