Malayziyada ildırım vuran qapıçı dünyasını dəyişib

Malayziyada ildırım vuran qapıçı dünyasını dəyişib Avstraliyalı oyunçunun həyatını xilas etmək mümkün olmayıb
Futbol
2 May , 2016 12:30
Malayziyada ildırım vuran qapıçı dünyasını dəyişib

Bakı. 2 may. REPORT.AZ/ Malayziyanın "Melaka Yunayted" futbol komandasının qapıçısı Stefan Petrovski ildırım vurmasından ölüb. "Report"un İndependent"ə istinadən verdiyi məlumata görə, avstraliyalı qolkiper xəstəxanada keçinib.

İldırım 18 yaşlı oyunçuya futbol meydanında tuş gəlib. Petrovski təcili yardım şöbəsinə, oradan isə intensiv terapiya palatasına yerləşdirilib. Onun 21 yaşlı komanda yoldaşı, müdafiəçi Muxda Afika Azuana da ildırım zərbəsinə tuş gəlsə də, sağ qalıb və hazırda vəziyyəti sabitdir. Hadisə zamanı meydanda olan daha 29 nəfərdən heç biri zərər çəkməyib.

Qeyd edək ki, 2015-ci il noyabrın 19-da Boliviya komandasının futbolçusu da ildırımvurmadan ölüb. 2014-cü ilin dekabrında oxşar hadisə Peruda baş verib. Lakin həmin vaxt oyunçunu xilas etmək mümkün olub.

Son xəbərlər

Orphus sistemi