Yuxarı

Malayziya - Səudiyyə Ərəbistanı futbol qarşılaşması yarımçıq dayandırılıb

Buna səbəb malayziyalı azarkeşlərin meydançaya yanar maddələr atmasıdır

Bakı. 9 sentyabr. REPORT.AZ/ 2018-ci ildə Rusiyada keçiriləcək dünya çempionatının Asiya seçmələrində Malayziya və Səudiyyə Ərəbistanı yığmalarının görüşündə insident yaşanıb. "Report"un məlumatına görə, malayziyalı azarkeşlərin davranışlarından dolayı oyun yarımçıq dayandırılıb.

BƏƏ millisi ilə görüşdə qapısında 10 cavabsız top görən Malayziya görüşün 70-ci dəqiqəsində hesabı açıb. 74 və 77-ci dəqiqələrdə Səudiyyə Ərəbistanının hesabda önə keçməsi malayziyalı azarkeşləri özündən çıxarıb.

Rəqibin ikinci qolundan sonra tribunalardan meydançaya yanar maddələr atılıb. Nəticədə rəqib komanda meydançanı tərk edib və oyun yarımçıq dayandırılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi