"Malaqa"ya yeni baş məşqçi təyin olunub

"Malaqa"ya yeni baş məşqçi təyin olunub Klubun sabiq çalışdırıcısı Miçel Qonsales istefaya göndərilib
Futbol
14 Yanvar , 2018 11:59
Malaqaya yeni baş məşqçi təyin olunub

Bakı. 14 yanvar. REPORT.AZ/ İspaniyanın "Malaqa" klubu yeni baş məşqçisinin adını açıqlayıb.

“Report” xəbər verir ki, bu, son klubu Çinin "Beytszin Qoan" olan 51 yaşlı mütəxəssis Xose Manuel Qonsales Lopesdir. Onunla mövsümün sonuna qədər müqavilə imzalanıb.

Klubun mətbuat xidməti bildirir ki, Lopes 2015/16-cı illər mövsümündə "Qranada"nın ölkə çempionatının aşağı divizionuna düşməsinin qarşısını alıb və komanda Primeronu 16-cı yerdə tamamlayıb.

Yanvarın 13-də klub baş məşqçi Miçel Qonsalesi istefaya göndərib. Komanda 19 oyundan sonra 11 xal ilə İspaniya çempionatında sonuncudan əvvəlki yerdə qərarlaşıb.

Son xəbərlər

Orphus sistemi