Maksim Medvedev: "Qarabağ"la oyundan sonra "Roma"nın taleyinə aydınlıq gələcək"

Maksim Medvedev: "Qarabağ"la oyundan sonra "Roma"nın taleyinə aydınlıq gələcək" "Təzyiq olmadan meydana çıxacağıq"
Futbol
4 Dekabr , 2017 22:16
Maksim Medvedev: Qarabağla oyundan sonra Romanın taleyinə aydınlıq gələcək
Report/ Firi Salim

Roma. 4 dekabr. REPORT.AZ/ "Rəqibi tanıyırıq. Təzyiq olmadan meydana çıxacağıq. Bu oyundan sonra "Roma"nın taleyinə aydınlıq gələcək".

"Report"un İtaliya paytaxtına ezam olunmuş əməkdaşının məlumatına görə, bunu "Qarabağ"ın futbolçusu Maksim Medvedev "Roma" ilə keçirəcəkləri Çempionlar Liqasının qrup mərhələsinin VI tur matçından əvvəl mətbuat konfransında deyib.

O, daha sonra jurnalistlərin suallarını cavablandırıb.

Böyük oyuna ciddi itkilərlə çıxacaqsınız...

- 2 təcrübəli müdafiəçi olmayacaq. Amma onları əvəzləyəcək futbolçular var. "Roma" ilə hər zaman belə oyunlara çıxmırıq.

Sənə təkliflər gəlib?

- 5 ildir Avropa səviyyəsində oynayır, təcrübə toplayırıq. Başabaş mübarizə aparırıqsa, hər bir futbolçumuz xaricdə oynaya bilər. Bizi skautlar izləyirlər. Təkliflərin gəlməsi normaldır.

Karyeran boyu "Qarabağ"da oynamısan. Rəşad Sadıqovun mahiyyəti nədir?

- Çalışacağam ki, mən də bütün komanda yoldaşlarıma dəstək olum. Onun futbolçularla davranışlarını təkrarlamağa çalışacağam.

Son xəbərlər

Orphus sistemi