Yuxarı

Maksim Medvedev: "Qarabağ" hər zaman nəticəyə oynayır"

Qarabağın müdəfiəçisi Maksim Medvedev Kəpəz komandası ilə oyunu dəyərləndirib

Bakı. 21 noyabr. REPORT.AZ/ Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasının XIII turuna start verilib. "Report"un məlumatına görə, "Qarabağ" və "Kəpəz" komandaları üz-üzə gəliblər. "Report"un məlumatına görə, Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionunda keçirilən oyunla bağlı fikirlərini bölüşən "Qarabağ"ın müdəfiəçisi Maksim Medvedev bildirib ki, onun komandası bu oyuna tam hazırlaşa bilməyib.

"Ancaq "Qarabağ" elə bir komandadır ki, hər zaman nəticəyə oynayır. Bu gün də komanda üzvləri mübarizə apardı və bizə lazımlı olan üç xalı qazana bildik", - deyən müdəfiəçisi, "Kəpəz"lə oyunun ağır keçdiyini etiraf edib.

"Rəqib beş müdafiəçi ilə oynadı. Bu bizim üçün sürpriz oldu. Buna hazır deyildik. Ancaq buna baxmayaraq rəqibin qapısına yol tapa bildik", - deyə Medvedev qeyd edib.

Onun sözlərinə görə, Rəşad Sadıxovun qarşılaşmada yer almaması da "Qarabağ" üçün çətinlik yaradırdı: "Sadıxov, bu oyunda iştirak etsəydi müəyyən anlaşılmazlıqların qarşısını alardı".

Avropa Liqasının qrup mərhələsinin ilk turunda keçiriləcək "Tottenhem" - "Qarabağ" matçı haqqında da danışan Maksim bildirib ki, onun komandası bu oyuna yaxşı hazırlaşıb: "Həmin oyunda xal qazana bilməsək, bizim üçün kitab bağlanacaq".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi