Yuxarı
    Bağlamaq

    Maksim Medvedev: "PAOK-a qarşı vuruşmağa hazırıq"

    Komanda hazırda döyüşkən vəziyyətdədir

    Bakı. 19 oktyabr. REPORT.AZ/ "Milli komanda hamımızındır. Oyunlara çıxanda əhval-ruhiyyə yüksək səviyyədə olur".

    "Report"un məlumatına görə, bunu "Qarabağ"ın futbolçusu Maksim Medvedev Yunanıstan PAOK-u ilə keçirəcəkləri Avropa Liqasının qrup mərhələsinin III tur matçından əvvəl təşkil olunmuş mətbuat konfransında deyib.

    Onun sözlərinə görə, komanda hazırda döyüşkən vəziyyətdədir: "Yığmanın oyunçularının çoxu klubda da çıxış edir. Norveç və Çexiya ilə son oyunlarda olduğu kimi, yenə də vuruşmağa hazırıq".

    Qeyd edək ki, oktyabrın 20-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - PAOK matçı saat 21:00-da başlayacaq.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi