Maksim Medvedev: "Oyun səviyyəmiz nisbətən azdır"

Maksim Medvedev: "Oyun səviyyəmiz nisbətən azdır" Güclü rəqibə qarşı çıxış edəcəyik.
Futbol
20 Mart , 2019 23:00
Maksim Medvedev: Oyun səviyyəmiz nisbətən azdır

"Güclü rəqibə qarşı çıxış edəcəyik".

"Report"un Zaqrebə ezam olunmuş əməkdaşının məlumatına görə, bunu Azərbaycan yığmasının kapitanı Maksim Medvedev səfərdə Xorvatiya ilə keçirəcəkləri AVRO-2020-nin seçmə qrup matçından əvvəl mətbuat konfransında deyib.

Kapitan yaxşı oynamağa çalışacaqlarını bildirib:

"Ola bilsin, oyun səviyyəmiz nisbətən azdır. Buna baxmayaraq, biz də yaxşı oynamağa çalışacağıq".

Martın 21-də "Maksimir" stadionunda keçiriləcək Xorvatiya - Azərbaycan matçı Bakı vaxtı ilə saat 23:45-də başlanacaq.

Son xəbərlər

Orphus sistemi