Maksim Medvedev: "Belfastdakı səhvləri təkrarlamamağa çalışacağıq"

Maksim Medvedev: "Belfastdakı səhvləri təkrarlamamağa çalışacağıq" "Şimali İrlandiyaya bir dəfə qalib gəlmişik"
Futbol
9 İyun , 2017 20:41
Maksim Medvedev: Belfastdakı səhvləri təkrarlamamağa çalışacağıq

Bakı. 9 iyun. REPORT.AZ/ “Uzun müddətli toplanış keçmişik. Yaxşı məşqlərimiz oldu. Canla-başla hazırlaşmışıq”. 

"Report"un məlumatına görə, bunu 2018-ci il dünya çempionatının seçmə mərhələsi çərçivəsində Şimali İrlandiya ilə oyundan əvvəl təşkil edilən mətbuat konfransında Azərbaycan yığmasının futbolçusu Maksim Medvedev deyib.

Təcrübəli müdafiəçi bildirib ki, Belfastdakı səhvləri təkrarlamamağa çalışacaqlar: "Şimali İrlandiyaya bir dəfə qalib gəlmişik. Həmin motivasiya ilə meydana çıxacağıq. Yalnız uğurlu nəticəyə ümid edirik”.

Qeyd edək ki, iyunun 10-da keçiriləcək oyun saat 20:00-da başlayacaq.

Son xəbərlər

Orphus sistemi