Makron milli komanda futbolçularını Fəxri legion ordeni ilə mükafatlandırıb

Makron milli komanda futbolçularını Fəxri legion ordeni ilə mükafatlandırıb Fransa prezidenti Emmanuel Makron ölkənin 2018-ci ildə Rusiyada keçirilən futbol üzrə Dünya çempionatında qalib gəlmiş milli komanda oyunçularını və məşqçi qərargahını Fəxri legion ordeni ilə mükafatlandırıb.
Futbol
5 İyun , 2019 03:59
Makron milli komanda futbolçularını Fəxri legion ordeni ilə mükafatlandırıb

Fransa prezidenti Emmanuel Makron ölkənin 2018-ci ildə Rusiyada keçirilən futbol üzrə Dünya çempionatında qalib gəlmiş milli komanda oyunçularını və məşqçi qərargahını Fəxri legion ordeni ilə mükafatlandırıb.

"Report" xəbər verir ki, mərasim iyunun 4-də Parisin Yelisey çölləri sarayında baş tutub.

Didye Deşamın rəhbərlik etdiyi Fransa yığması Moskvanın "Lujniki" stadionunda keçirilən final matçında Xorvatiyanı 4:2 hesabı ilə məğlub edib.

Fəxri lejion ordeni Napoleon Bonapart tərəfindən 19 may 1802-ci ildə təsis edilib.

Son xəbərlər

Orphus sistemi