Makedoniya yığmasının futbolçusu Azərbaycanla oyunun əhəmiyyətindən bəhs edib

Makedoniya yığmasının futbolçusu Azərbaycanla oyunun əhəmiyyətindən bəhs edib Bakı. 20 mart. REPORT.AZ/ Millətlər Liqasının startınadək hazır vəziyyətdə olmalıyıq. Qarşıdakı yoxlama oyunlarında bizi gələcəkdə nələrin gözlədiyini görəcəyik.
Futbol
20 Mart , 2018 16:13
Makedoniya yığmasının futbolçusu Azərbaycanla oyunun əhəmiyyətindən bəhs edib

Bakı. 20 mart. REPORT.AZ/ "Millətlər Liqasının startınadək hazır vəziyyətdə olmalıyıq. Qarşıdakı yoxlama oyunlarında bizi gələcəkdə nələrin gözlədiyini görəcəyik".

"Report"un məlumatına görə, bunu Makedoniya milli komandasının futbolçusu Stefan Ristovski Türkiyənin Antalya bölgəsində Finlandiya və Azərbaycan yığmaları ilə keçirəcəkləri yoldaşlıq görüşləri barədə danışarkən deyib.

Makedoniya Futbol Federasiyasının rəsmi saytına açıqlama verən Portuqaliya "Sportinq"inin müdafiəçisi komandanın xarakterinin gücləndirilməsi üzərində çalışmalarının vacibliyini bildirib. O, kollektivdaxili ab-havanın yüksək olduğunu söyləyib: "Yığmanın düşərgəsinə həmişə sevinclə gəlirik. Antalyadakı ongünlük hazırlıq prosesindən xətlərarası əlaqə və uyğunlaşma baxımından böyük irəliləyişə nail olmaq üçün yararlanacağıq. Təbii ki, Finlandiya və Azərbaycanla oyunlara hazır olacağımıza ümidvaram".

Qeyd edək ki, Makedoniya yığması Finlandiya ilə martın 23-də "Qloriya", Azərbaycanla isə martın 27-də "Mardan" stadionunda üz-üzə gələcək.     

Son xəbərlər

Orphus sistemi