Makedoniya yığmasının baş məşqçisi: "Azərbaycan millisinə qarşı maksimum intizamlı və məsuliyyətli çıxış etmək lazımdır"

Makedoniya yığmasının baş məşqçisi: "Azərbaycan millisinə qarşı maksimum intizamlı və məsuliyyətli çıxış etmək lazımdır" "Azərbaycan yığması "Qarabağ"ın oyunçularından qurulmuş yaxşı komandadır"
Futbol
27 Mart , 2018 10:28
Makedoniya yığmasının baş məşqçisi: Azərbaycan millisinə qarşı maksimum intizamlı və məsuliyyətli çıxış etmək lazımdır

Bakı. 27 mart. REPORT.AZ/ "Komandamızdan daha bir yaxşı oyun gözləyirəm. Ümidvaram ki, futbolçularımız yaxşı çıxış edərək, qələbə qazanmaq üçün maksimum səy göstərəcəklər". 

"Report"un məlumatına görə, bunu Makedoniya milli komandasının baş məşqçisi İqor Angelovski bu gün Azərbaycan yığması ilə keçirəcəkləri yoldaşlıq görüşü barədə danışarkən deyib. 42 yaşlı mütəxəssis bacarıqlarını nümayiş etdirmələri üçün komandaya yeni futbolçular çağırdığını xatırladıb. 

O, Türkiyənin Antalya bölgəsində hazırlıq keçən heyətə inandığını vurğulayıb: "Azərbaycan yığması "Qarabağ"ın oyunçularından qurulmuş yaxşı komandadır. Heyətin 80 faizi, o cümlədən, baş məşqçi bu klubdandır. Bizə maksimum intizamlı və məsuliyyətli çıxış etmək lazımdır. Yaxşı oyun gözləyir, öz futbolçularıma inanıram". 

Əslində isə Qurban Qurbanov bu dəfə "Qarabağ"ın cəmi 5 futbolçusuna dəvət göndərib. Lakin onlardan Elvin Yunuszadə nizam-intizamı pozduğu üçün heyətdən kənarlaşdırılıb. 

Qeyd edək ki, "Mardan" stadionunda keçiriləcək Azərbaycan - Makedoniya matçı Bakı vaxtı ilə saat 20:00-da başlanacaq. Bu oyunadək Makedoniya millisi Antalyada Finlandiya ilə yoldaşlıq görüşündə heç-heçə edib - 0:0. 

Son xəbərlər

Orphus sistemi