​Madrid klubu yeni transferini rəsmiləşdirib

​Madrid klubu yeni transferini rəsmiləşdirib Futbolçunun transfer qiyməti 28 milyon avrodur
Futbol
20 Avqust , 2015 11:07
​Madrid klubu yeni transferini rəsmiləşdirib

Bakı. 20 avqust. REPORT.AZ/ İspaniyanın "Real" klubu yeni tranferini həyata keçirib. "Report"un Madrid klubunun saytına istinadən verdiyi məlumata görə, İtaliya "İnter"inin formasını geyinən Mateo Kovaçiç bundan sonra "Real"ın uğuru üçün çalışacaq.

Müqaviləyə əsasən Kovaçiç 2021-ci ilə qədər İspaniya klubunda çıxış edəcək. 21 yaşlı futbolçunun transfer qiyməti 28 milyon avrodur. Yarımmüdafiəçi mövsüm ərzində 40 oyuna çıxacağı təqdirdə daha 5 milyon avro qazanacaq.

Qeyd edək ki, Mateo Kovaçiç "İnter"dən əvvəl Xorvatiya "Dinamo"sunda (Zaqreb) oynayıb. O, 2013-cü ildə Milan klubuna transfer olunub.

Son xəbərlər

Orphus sistemi