Macarıstanın "qızıl komanda"sının sonuncu üzvü vəfat edib

Macarıstanın "qızıl komanda"sının sonuncu üzvü vəfat edib Yonyo Buzanski 89 yaşında dünyadan köçüb
Futbol
12 Yanvar , 2015 13:02
Macarıstanın qızıl komandasının sonuncu üzvü vəfat edib

Bakı. 12 yanvar. REPORT.AZ/ 1952-ci ildə futbol üzrə Macarıstan milli komandasının heyətində olimpiya çempionluğu qazanmış Yonyo Buzanski vəfat edib. "Report"un məlumatına görə, Y.Buzanski 89 yaşında dünyadan köçüb. 

Y.Buzanski 1950-ci ilin "qızıl komanda"sından yaşayan tək üzvü idi. Həmin vaxt yığmaya Qustav Şebeş rəhbərlik edib. Komanda üzvləri isə Ferents Puşkaş, Zoltan Tsibor, Şandor Koçiş, Nandor Xideqkuti, Yojef Bojik və Düla Qroşiç kimi futbolçular olub. 

Qeyd edək ki, həmin heyət Macarıstana olimpiya çempionluğundan əlavə, 1954-cü ildə İsveçrədə keçirilmiş dünya çempionatının finalında Almaniya millisinə 2:3 hesabı ilə məğlub olaraq gümüş medal qazanıb.

Son xəbərlər

Orphus sistemi