Macarıstan yığmasının Azərbaycanla oyun üçün heyəti açıqlanıb

Macarıstan yığmasının Azərbaycanla oyun üçün heyəti açıqlanıb Macarıstan milli komandasının Azərbaycan və Uelslə keçirəcəyi 2020-ci il Avropa çempionatının seçmə qrup oyunları üçün heyəti açıqlanıb.
Futbol
16 May , 2019 15:29
Macarıstan yığmasının Azərbaycanla oyun üçün heyəti açıqlanıb

Macarıstan milli komandasının Azərbaycan və Uelslə keçirəcəyi 2020-ci il Avropa çempionatının seçmə qrup oyunları üçün heyəti açıqlanıb.

"Report"un Macarıstan Futbol İttifaqının rəsmi saytına istinadən verdiyi məlumata görə, baş məşqçi Marko Rossi qarşıdakı oyunlara 32 futbolçu çağırıb. Onlardan 26-sı yekun heyətdə yer alacaq.

Qapıçılar: Dibuş Denes ("Ferentsvaroş"), Qrof David ("Honved"), Peter Qulaşi ("Leyptsiq", Almaniya), Adam Kovaçik ("Mol-Vidi")

Müdafiəçilər: Barat Botond ("Sportinq Kanzas", ABŞ) Beşe Barnabaş ("Havr", Fransa), Yanoş Ferentsi ("Debretsen"), Fiola Attila ("Mol-Vidi"), Tamaş Kadar ("Dinamo" Kiyev, Ukrayna), Mihay Korhut ("Aris" Saloniki, Yunanıstan), Gerge Lovrençiç ("Ferentsvaroş"), Bens Pavkoviç ("Debretsen"), Paulo Vinisius ("Mol-Vidi"), Villi Orban ("Leyptsiq", Almaniya)

Yarımmüdafiəçilər: Daniel Qazdaq ("Honved"), David Holman ("Slovan", Slovakiya), Jolt Kalmar ("Dunayska Streda", Slovakiya), Laslo Klyaynhaysler ("Osiyek", Xorvatiya), İştvan Kovaç, Mate Patkay (hər ikisi "MOL Vidi"), Adam Nad ("Bolonya", İtaliya), Dominik Soboslay ("Zaltsburq", Avstriya)

Hücumçular: Adam Bodi ("Debretsen"), Balaş Cucak ("Əl-İttihad", BƏƏ), Marton Eppel ("Kayrat", Qazaxıstan), Filip Holender ("Honved"), Dominik Nagi ("Legiya" Varşava, Polşa), Kristian Nemet ("Sportinq Kanzas", ABŞ), Adam Salay ("Hoffenhaym", Almaniya), Roland Varqa ("Ferentsvaroş"), Kristofer Vida ("Dunayska Streda", Slovakiya), Donat Joter ("Uypeşt")

Yanoş Ferentsi və Bens Pavkoviç daha əvvəl əsas millidə olmayıblar. Kristofer Vida və Donat Joter isə yığmaya dəvət alsalar da, meydana çıxmayıblar. Həmçinin uzun müddətdən sonra David Qrof, Marton Eppel və Atilla Fiola yığmaya dəvət alıblar. Heyət hazırlıq prosesinə iyunun 2-də başlayacaq. 

Qeyd edək ki, Macarıstan Azərbaycanla iyunun 8-də Bakıda, Uelslə isə iyunun 11-də Budapeştdə üz-üzə gələcək. 

Son xəbərlər

Orphus sistemi