Macarıstan Uruqvayla AVRO-2020 üçün nəzərdə tutulan yeni stadionda qarşılaşacaq

Macarıstan Uruqvayla AVRO-2020 üçün nəzərdə tutulan yeni stadionda qarşılaşacaq Noyabrın 15-də Macarıstanın paytaxtı Budapeştdə Ferents Puşkaş stadionunun açılışı olacaq.
Futbol
29 Oktyabr , 2019 09:44
Macarıstan Uruqvayla AVRO-2020 üçün nəzərdə tutulan yeni stadionda  qarşılaşacaq

Noyabrın 15-də Macarıstanın paytaxtı Budapeştdə "Ferents Puşkaş" stadionunun açılışı olacaq.

"Report"un məlumatına görə, həmin gün Macarıstan yığması Uruqvayla yoldaşlıq görüşü keçirəcək. 68 min tamaşaçı tutumuna malik stadion 2020-ci ildə Avropa çempionatının oyunları üçün nəzərdə tutulan 12 arenadan biridir. Burada F qrupunun 3, 1/8 final mərhələsinin 1 oyunu keçiriləcək.

Qeyd edək ki, Macarıstan millisi AVRO-2020-nin seçmə mərhələsində E qrupunda Azərbaycan, Xorvatiya, Slovakiya və Uels yığmaları ilə birgə yer alıb. 7 oyundan sonra bu komanda 12 xalla 2-ci pillədə yer alıb və AVRO-2020-yə vəsiqə şanslarını qoruyur. Marko Rossinin baş məşqçi olduğu kollektiv son rəsmi matçını noyabrın 19-da səfərdə Uelsə qarşı keçirəcək. 

Son xəbərlər

Orphus sistemi