Yuxarı

Macarıstan yığması Azərbaycanla oyundan əvvəl itki ilə üzləşib

Macarıstan millisində itki

Macarıstan yığması Azərbaycan və Uelslə keçirəcəyi Avropa çempionatının seçmə oyunlarından əvvəl futbolçu itkisi ilə üzləşib.

"Report"un məlumatına görə, "Uypeşt" klubunun futbolçusu Donat Joter məşq vaxtı zədələndiyi üçün sıradan çıxıb. 23 yaşlı hücumameylli yarımmüdafiəçi artıq millinin düşərgəsini tərk edib.

Daha 2 zədəli - Tamaş Kadar və Barnabaş Bese isə komanda ilə birgə Bakıya gələcəklər. Bu addım tibbi heyətin daimi işləyərək, onları sağaltması üçün atılıb.

Joter 2018/2019 mövsümündə "Uypeşt"in heyətində "Neftçi"yə qarşı Avropa Liqasının I təsnifat mərhələsinin hər iki görüşündə (1:3, 4:0) forma geyinib. O, Budapeştdəki qarşılaşmada qollardan birinin müəllifi olub. 

Qeyd edək ki, Macarıstan Azərbaycanla iyunun 8-də "Bakcell Arena"da üz-üzə gələcək. Uelslə qarşılaşma isə iyunun 11-də Budapeştdə olacaq. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi