Yuxarı

Macarıstan milli komandasına yeni baş məşqçi təyin olunub

Bernd Ştork yeni vəzifədə Almaniya Hertasının baş məşqçisi Pal Dardaini əvəzləyib

Bakı. 21 iyul. REPORT.AZ/ Futbol üzrə Macarıstan milli komandasına yeni baş məşqçi təyin olunub. "Report"un Macarıstan Futbol Federasiyasının rəsmi saytına istinadən verdiyi məlumata görə, bu, almaniyalı mütəxəssis Bernd Ştorkdur. 

B.Ştork yeni vəzifədə Almaniya "Herta"sının baş məşqçisi Pal Dardaini əvəzləyib. Klub rəhbərliyi onun iki vəzifədə çalışmasına icazə verməyib. 

Qeyd edək ki, Bernd Ştork bu təyinatadək Macarıstanın gənclər yığmasına başçılıq edib. AVRO-2016-nın seçmə mərhələsində finişə 4 tur qalmış əsas komanda 11 xalla F qrupunda 3-cü yeri tutur. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi