Yuxarı

Macarıstan - Azərbaycan oyununun hakimləri açıqlanıb

Macarıstan - Azərbaycan oyununun hakimləri açıqlandı

Azərbaycan millisinin səfərdə Macarıstan yığmasına qarşı keçirəcəyi AVRO-2020-nin seçmə oyununun hakimləri açıqlanıb.

“Report” xəbər verir ki, oktyabrın 13-də baş tutacaq görüşü hollandiyalı hakimlər briqadası idarə edəcək. Matçın referisi Dennis Higler olacaq. Ona Yohan Balder və Yoost van Zuylen kömək edəcək.

Dördüncü hakim funksiyasını isə Bas Niyhuys yerinə yetirəcək.

Qeyd edək ki, Budapeştdəki "Groupama Arena"da keçiriləcək matç Bakı vaxtı ilə saat 20:00-da başlanacaq. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi