Yuxarı
    Bağlamaq

    Məşhur ukraynalı futbolçu fəciəvi şəkildə həlak olub

    Ukrayna yığmasının keçmiş futbolçusu Kiyevdə ölüb

    Bakı. 18 sentyabr. REPORT.AZ/ “Dinamo” (Kiyev) klubunun və Ukrayna yığmasının keçmiş oyunçusu, Mahaçkalanın "Anji" klubu baş məşqçisinin keçmiş köməkçisi Andrey Qusin “Çayka” avtodromunda motosiklet sürərkən qəzaya uğrayıb və həyatını itirib.

    "Report" sport.ua saytına istinadən verdiyi xəbərə görə, aerodromun direktoru bildirib ki, hadisə sentyabr ayının 17-də Kiyev saatı ilə 14:00-da baş verib.

    Qusin şossenin dairəvi trekinə çıxıb və döngələrin birində idarəetməni itirib. Motosikletdən kənara düşərək huşunu itirən keçmiş futbolçu ayılmayıb.

    Andrey Qusin evli olub, üç övladı var. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi