Lüksemburqun dördüncü klubu "Qlazqo Reyncersi" Avroliqadan kənarlaşdırıb

Lüksemburqun dördüncü klubu "Qlazqo Reyncersi" Avroliqadan kənarlaşdırıb "Reyncers" 2011/12 mövsümündən sonra ilk dəfə Avrokuboklarda iştirak hüququ qazanıb
Futbol
5 İyul , 2017 04:24
Lüksemburqun dördüncü klubu Qlazqo Reyncersi Avroliqadan kənarlaşdırıb

Bakı. 5 iyul. REPORT.AZ/ Şotlandiyanın Qlazqo şəhərini təmsil edən "Reyncers" klubu səfərdə Avropa Liqasının birinci seçmə mərhələsinin cavab oyununda Lüksemburqun "Niderkornu" kollektivinə 0:2 hesabı ilə məğlub olub.

"Report" TASS-a istinadən xəbər verir ki, birinci oyun Şotlandiya komandasının 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Beləliklə, növbəti mərhələyə Lüksemburq klubu çıxıb.

54 dəfə Şotlandiya çempionu olan "Reyncers" Avropa kuboklarında 2011/12-ci illər mövsümündən bu yana birinci dəfədir iştirak edib. Komanda 2012-ci ildə maliyyə problemləri səbəbindən əhəmiyyətinə görə 4-cü diviziyaya göndərilib. Komanda Premyer Liqaya 2016/17-ci illər mövsümünün əvvəlində qayıdıb. Komanda üçüncü yeri tutmaqda Avropa Liqasında oynamaq hüququ qazanıb.

Son xəbərlər

Orphus sistemi