“Qarabağ”ın futbolçuları UEFA Avropa Liqasının qrup mərhələsinin II turunda “Düdelanj”ı Lüksemburqda 4:1 hesabı ilə məğlub etdikləri oyunda qələbəni xüsusi şəkildə qeyd ediblər.
“Report” xəbər verir ki, Ağdam təmsilçisinin futbolçuları matçda baş verən erməni təxribatına cavab olaraq, final fitindən dərhal sonra “Qarabağ” azarkeşlərinin yer aldığı tribunaya gedərək, zəfəri birgə bayram ediblər. Daha sonra komanda üzvlər Azərbaycan bayrağı ilə şəkil çəkdiriblər.
“Qarabağ”ın rəsmi “facebook” səhifəsi həmin fotonu “Qarabağ Azərbaycanındır, nida işarəsi” başlığı ilə paylaşıb.
Qeyd edək ki, oktyabrın 3-də Rusiya Federasiyasının Soçi şəhərində “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasında Ermənistan-Azərbaycan
“Düdelanj” – “Qarabağ” oyunu erməni təxribatı ilə əlaqədar dayandırılıb. Matçın 30-cu dəqiqəsində
AFFA rəhbərliyi də baş vermiş erməni təxribatına reaksiya verib. Milli assosiasiya rəsmiləri dərhal UEFA ilə əlaqə saxlayaraq, narazılığını bildirib. Bu gün Avropa futbol qurumuna rəsmi qaydada müraciət olunacaq.