Lukaku "Mançester Yunayted"i tərk etmək istəyir

Lukaku "Mançester Yunayted"i tərk etmək istəyir Bakı. 8 dekabr. REPORT.AZ/ Belçika milli komandasının futbolçusu Romelu Lukaku İngiltərənin Mançester Yunayted klubunu tərk etmək istəyir.
Futbol
8 Dekabr , 2018 13:12
Lukaku Mançester Yunaytedi tərk etmək istəyir
Marc Atkins/Offside/Getty Images

Bakı. 8 dekabr. REPORT.AZ/ Belçika milli komandasının futbolçusu Romelu Lukaku İngiltərənin "Mançester Yunayted" klubunu tərk etmək istəyir.

"Report"un ESPN-ə istinadən məlumatına görə, buna səbəb 25 yaşlı hücumçunun baş məşqçi Joze Mourinyo ilə aralarında olan münaqişənin get-gedə dərinləşməsidir. Lukaku klubun start heyətinə az-az düşməsindən narazıdır. O daha çox oynaya biləcəyi komanda tapmaq niyyətindədir.

Qeyd edək ki, Romelu Lukaku "Mançester Yunayted"ə 2017-ci ildə "Everton"dan keçib. Cari mövsümdə o, 14 oyun ərzində 5 qol və 1 məhsuldar ötürmə müəllifi olub.

Əvvəllər Lukaku Belçikanın "Anderlext", İngiltərənin "Çelsi" və "Vest Bromviç" komandalarında forma geyinib.

Son xəbərlər

Orphus sistemi