Yuxarı

Luiş Nani MLS klubuna transfer olunub

Bakı. 19 fevral. REPORT.AZ/ Portuqaliyanın "Sportinq" klubunun futbolçusu Luiş Nani MLS-də çıxış edən ABŞ təmsilçisi "Orlando Siti"yə keçib.

"Report"un məlumatına görə, 32 yaşlı yarımmüdafiəçi 3 illik müqaviləyə imza atıb.

O, cari mövsümdə 27 oyuna 8 qol vurduğu Lissabon komandasını azad agent kimi tərk edib. Təcrübəli futbolçu "Sportinq"lə müqaviləsinin pozulmasına dair razılığa gəlib.

Nani əvvəllər İngiltərənin "Mançester Yunayted", Türkiyənin "Fənərbağça", İspaniyanın "Valensiya" və İtaliyanın "Latsio" klublarında da forma geyinib. O, "qırmızı şeytanlar"ın heyətində 12 titul, o cümlədən 4 dəfə İngiltərə çempionluğu və Çempionlar Liqasını qazanıb. 112 oyuna 24 qol vurduğu Portuqaliya yığmasında Nani 2016-cı ildə Avropa çempionluğu, 2012-ci ildə Avropa çempionatının və 2017-ci ildə Konfederasiyalar Kubokunun bürünc medalını əldə edib.

Qeyd edək ki, "Sportinq" bu mövsüm Avropa Liqasının qrup mərhələsində "Qarabağ"a Lissabonda 2:0, Bakıda 6:1 hesabı ilə qalib gəlib. Azərbaycan paytaxtında qollardan birini Luiş Nani vurub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Bu xəbər həm də başqa dillərdə mövcuddur:

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi