Luis Enrike "Çelsi"yə baş məşqçi təyin olunacaq

Luis Enrike "Çelsi"yə baş məşqçi təyin olunacaq Mövsümün sonunda Enrikenin London klubunda Antonio Konteni əvəz edəcəyi gözlənilir
Futbol
23 Mart , 2018 02:49
Luis Enrike Çelsiyə baş məşqçi təyin olunacaq

Bakı. 23 mart. REPORT.AZ/ PSJ futbol klubu “Barselona” klubunun keçmiş baş məşqçisi Luis Enrike ilə danışıqları dayandırıb. Buna səbəb ispaniyalı mütəxəssisin “Çelsi” ilə müqavilə bağlamağa yaxın olduğu göstərilir.

“Report” xəbər verir ki, mövsümün sonunda Enrikenin London klubunda Antonio Konteni əvəz edəcəyi gözlənilir.

“PSJ” və “Çelsi” üçün alternativ variant əvvələr hər iki klubda çalışmış italyan mütəxəssis Karlo Ançelottidir. Xatırladaq ki, 2017-ci ilin payızında Ançelotti “Bavariya” klubu tərəfindən istefaya göndərilmişdi.

Daha öncə brazilyalı hücumçu Neymarın “PSJ” rərhərliyindən kluba Enrikenin gətirilməsini istədəyini bildirilirdi.

Son xəbərlər

Orphus sistemi