Luis Enrike "Çelsi"nin baş məşqçi postuna əsas namizad hesab olunur

Luis Enrike "Çelsi"nin baş məşqçi postuna əsas namizad hesab olunur London klubu mövsümün sonunda Antonio Konte ilə yollarını ayırmağı planlaşdırır
Futbol
28 Yanvar , 2018 08:37
Luis Enrike Çelsinin baş məşqçi postuna əsas namizad hesab olunur

Bakı. 28 yanvar. REPORT.AZ/ "Barselona" klubunun sabiq baş məşqçisi Luis Enrike "Çelsi"nin (İngiltərə) məşqçisi vəzifəsinə əsas namizəddir.

“Report” xəbər verir ki, bu barədə "The Mail on Sunday" nəşri yazıb.

Qeyd olunur ki, London klubu mövsümün sonunda italiyalı mütəxəssis Antonio Konte ilə iki illik əməkdaşlıqdan sonra yollarını ayırmağı planlaşdırır.

Nəşrin yazdığına görə, hazırda "Çelsi"də işsiz Enrikeyə üstünlük verilir. Çünki digər namizədlər Massimiliano Alleqri ("Yuventus") və Diyeqo Simeonenin ("Atletiko") öz komandaları ilə iki illik müqavilələri var ki, bu da onların "göylər"in məşqçilər qərargahına dəvət edilməsini çətinləşdirir.

Son xəbərlər

Orphus sistemi