​Lui Van Qalın istefası qəbul olunmayıb

​Lui Van Qalın istefası qəbul olunmayıb Klub rəsmisi mütəxəssisin ərizəsini qəbul etməyib və ona bir daha düşünməyi təklif edib
Futbol
26 Yanvar , 2016 12:24
​Lui Van Qalın istefası qəbul olunmayıb

Bakı. 26 yanvar. REPORT.AZ/ İngiltərənin "Mançester Yunayted" klubunun baş məşqçisi Lui Van Qalın istefası qəbul olunmayıb.

"Report"un məlumatına görə, Premyer Liqanın XXIII turunda "Sauthempton"a məğlub olandan (0:1) sonra hollandiyalı istefa ərizəsini klubun vitse-prezidenti Edu Vidvorduya təqdim edib.

Lakin klub rəsmisi mütəxəssisin ərizəsini qəbul etməyib və ona bir daha düşünməyi təklif edib.

Van Qal yekun qərarını yaxın günlərdə açıqlayacaq.

Son xəbərlər

Orphus sistemi