Yuxarı

Futbol üzrə Türkiyə millisinin baş məşqçisi istefaya göndərilib

Bakı. 11 fevral. REPORT.AZ/ Futbol üzrə Türkiyə milli komandasının baş məşqçisi Mirça Luçesku istefaya göndərilib.

"Report" "Habertürk"ə istinadən xəbər verir ki, Türkiyə Futbol Federasiyası (TFF) rumıniyalı mütəxəssisin müqaviləsini ləğv edib. Sözləşməyə qarşılıqlı razılaşma əsasında xitam verilib. Anlaşmaya görə, 74 yaşlı baş məşqçi TFF-dən 4 aylıq maaşını alacaq. 

Qeyd edək ki, Mirça Luçesku 2017-ci ilin yayından yığmaya rəhbərlik edib. Luçeskunu bu postda "Beşiktaş"ın baş məşqçisi Şenol Günəşin əvəzləyəcəyi gözlənilir. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Bu bölməyə aid digər xəbərlər

Digər xəbərlər>

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi