Bakı.2 sentyabr. REPORT.AZ/ ABŞ-ın Los-Anceles şəhərinin 2024-cü il Yay Olimpiya Oyunlarına namizədliyi irəli sürülüb. "Report"un məlumatına görə, Sifariş Ərizəsini ABŞ
Olimpiadanın təşkili və keçirilməsinə 5,8 milyard dollar vəsaitin sərf olunacağı gözlənilir. Los-Ancelesi Paris (Fransa), Roma (İtaliya), Budapeşt (Macarıstan) və Hamburq (Almaniya) şəhərləri ilə rəqabət gözləyir. Bu siyahıda Bakının da yer alıb-almayacağı hələlik məlum deyil. Ərizələr sentyabrın 15-dək qəbul olunacaq. Qalib şəhərin adı isə 2017-ci il sentyabrın 15-də Perunun paytaxtı Limada keçiriləcək Beynəlxalq Olimpiya Komitəsinin Sessiyasında açıqlanacaq.
Qeyd edək ki, ABŞ-ın qərbindəki nəhəng şəhərdə artıq 1932 və 1984-cü illərdə Yay Olimpiya Oyunları təşkil olunub. Növbəti olimpiadalar 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərində, 2020-ci ildə isə Yaponiyanın paytaxtı Tokioda keçiriləcək.