İspaniya klubunun idman direktoru: "Mahir Emreli bizim bəyəndiyimiz futbolçudur"

İspaniya klubunun idman direktoru: "Mahir Emreli bizim bəyəndiyimiz futbolçudur" Mahir Emreli bizim bəyəndiyimiz futbolçudur. Ancaq burada incə bir mövzu var, onun klubu avrokubokda oynayır.
Futbol
7 Avqust , 2019 14:03
İspaniya klubunun idman direktoru: Mahir Emreli bizim bəyəndiyimiz futbolçudur

"Mahir Emreli bizim bəyəndiyimiz futbolçudur. Ancaq burada incə bir mövzu var, onun klubu avrokubokda oynayır".

"Report" xəbər verir ki, bu fikirləri İspaniya təmsilçisi “Estremadura”nın idman direktoru Lopez Ramos klubun radiosuna müsahibəsində "Qarabağ"ın və Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin mümkün transferi barədə danışarkən deyib.

Klub rəsmisi 22 yaşlı hücumçunun transferində öndə olduqlarını diqqətə çatdırıb: "Danışıqların əsas iştirakçısı olduğumuzu bilirik. Amma səbrli olmalıyıq".

Qeyd edək ki, Mahir Emreli ilə “Estremadura” ilə yanaşı, ölkənin səviyyəcə ikinci liqasında çıxış edən digər klublar - "Malaqa" və "Almeriya" da maraqlanır. 

Son xəbərlər

Orphus sistemi