Yuxarı

İngiltərə klubunun futbolçusu irqçi təzyiqlərə məruz qalıb

London klubunun futbolçusu irqçiliklə üzləşdi

Bakı. 31 dekabr. REPORT.AZ/ İngiltərənin "Fulhem" klubunun futbolçusu Abubakar Kamara Premyer Liqanın XX turunda "Haddersfild" ilə matçdan sonra irqçi təzyiqlərə məruz qalıb.

"Report" ESPN-ə istinadən xəbər verir ki, bu barədə London təmsilçisinin baş məşqçisi Klaudio Ranyeri məlumat verib.

67 yaşlı mütəxəssis sosial şəbəkələrdə futbolçuya qarşı təhqiramiz ifadələr işlədildiyini deyib: "Klub Kamaraya lazım olan bütün dəstəyi verəcək. İrqçiliyə yol verənlər barədə sərt tədbirlər görüləcək".

Qeyd edək ki, Abubakar Kamara sözügedən qarşılaşmanın 82-ci dəqiqəsində penalti zərbəsini yerinə yetirə bilməyib. Aleksandr Mitroviç 90-cı dəqiqədə fərqlənməklə "Fulhem"ə qələbə qazandırıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi