Yuxarı
    Bağlamaq

    ​"Lokomotiv" klubu UEFA-ya şikayət edəcək

    Şikayət Beşiktaşın təşkilatçılığı ilə bağlıdır

    Bakı. 6 noyabr. REPORT.AZ/ Avropa Liqasının qrup mərhələsində dünən Türkiyə "Beşiktaş"ının qonağı olan Rusiyanın "Lokomotiv" klubu təşkilatçılıqla bağlı UEFA-ya şikayət etməyə hazırlaşır. "Report"un TASS-a istinadən verdiyi məlumata görə, şikayət azarkeşlərə göstərilən polis müqaviməti ilə bağlıdır.

    Klub azarkeşlərinin oyun zamanı polis zorakılığına məruz qalmasına etiraz edib və bu məqsədlə təşkilatçılıqdan narazıdır.

    Qeyd edək ki, dünən keçirilmiş "Beşiktaş" - "Lokomotiv" (1:1) oyununda qonaq azarkeşlərlə yerli polis arasında insident yaşanıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi