"Lokomotiv" klubu "Qalatasaray"ı yendikdən sonra sosial şəbəkə vasitəsilə "Şalke"yə sövdələşmə təklif edib

"Lokomotiv" klubu "Qalatasaray"ı yendikdən sonra sosial şəbəkə vasitəsilə "Şalke"yə sövdələşmə təklif edib Bakı. 29 noyabr. REPORT.AZ/ UEFA Çempionlar Liqasının V turunda Rusiya Lokomotivinin Türkiyənin Qalatasaray komandasını 2:0 hesabı ilə məğlub etdiyi oyundan sonra qeyri-adi hadisə baş verib.
Futbol
29 Noyabr , 2018 13:47
Lokomotiv klubu Qalatasarayı yendikdən sonra sosial şəbəkə vasitəsilə Şalkeyə sövdələşmə təklif edib

Bakı. 29 noyabr. REPORT.AZ/ UEFA Çempionlar Liqasının V turunda Rusiya "Lokomotiv"inin Türkiyənin "Qalatasaray" komandasını 2:0 hesabı ilə məğlub etdiyi oyundan sonra qeyri-adi hadisə baş verib.

"Report" xəbər verir ki, qrupun digər komandası Almaniya "Şalke"si qələbəyə görə rəsmi "Twitter" səhifəsindən Moskva təmsilçisinə təşəkkür edib və onların sayəsində növbəti mərhələyə yüksəldiklərini bildirib. "Lokomotiv" isə rəsmi hesabından buna cavab olaraq "Dekabrın 11-də nə edəcəyini bilirsinizmi? paylaşımını edib. Bu cavabın ardından Almaniya klubu əl sıxışma fotosunu dərc edib.

Qeyd edək ki, "Lokomomotiv"in qrupdakı ilk qələbəsindən sonra "Portu" (Portuqaliya) - "Şalke" matçı (3:1) növbəti mərhələ üçün heç bir əhəmiyyət kəsb etməyib və hər iki komanda 1/8 finala yüksəlib. Lokomotiv və "Qalatasaray" isə Avropa Liqasında mübarizəni davam etdirmək üçün qrupda 3-cü yeri tutmağa çalışacaq. "Lokomotiv" sonuncu - VI turda səfərdə "Şalke" ilə, "Qalatasaray isə evdə "Portu" ilə üz-üzə gələcək. Hər iki qarşılaşma dekabrın 11-i saat 21:55-də start götürəcək. Türkiyə təmsilçisinin qrupda 4, "Lokomotiv"in isə 3 xalı var. 

Son xəbərlər

Orphus sistemi